Yüzdən artıq hərbiçi intihar edib – UKRAYNADA
Bizi izləyin

Dünya

Yüzdən artıq hərbiçi intihar edib – UKRAYNADA

Donbasda anti-terror əməliyyatları başlayandan bu yana Ukrayna ordusunun100-dən çox əsgəri intihar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib. Məlumata görə, bu günə qədər 136 intihar hadisəsi qeydə alınıb. Lakin ordudakı intihar və depressiya halları haqda rəsmilər heç bir şərh vermirlər.

Döyüşçülərlə kömək edən könüllülər psixoloji diaqnostika və reabilitasiya sisteminin işləmədiyi ilə bağlı həyəcan təbili çalırlar. Onlar bildirilər ki, Ukraynada psixoloji yardım dövlət sistemi yoxdur. Ona görə də, bu məsələ ilə daha çox könüllülər məşğul olurlar.

Qeyd edək ki, bir çox ölkələrdə döyüşlərin aparıldığı bölgədən qayıdan döyüşçülər dərhal evə buraxılmır. Məsələn, Fransada hərbiçilər toplanaraq dincəlmək üçün Kiprə aparılır. Ukraynada isə bu üsuldan istifadə edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm