İrandan Suriya məsələsinə təpki
Bizi izləyin

Dünya

İrandan Suriya məsələsinə təpki

İran Suriya ərazisində təhlükəsizlik zonasının yaradılmasının əleyhinədir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Emir Abdullahian bu cür lazımsız tədbirlərə lüzum olmadığını deyib.

İranın Türkiyədə sabitliyə önəm verdiyini bildirən Xarici İşlər Nazirliyinin rəsmisi “Suriya və ona qonşu ölkələrin təhlükəsizlikləri ancaq bəzi oyunçuların terrorizmdən istifadə etməkdən vaz keçəcəkləri təqdirdə daha etibarlı olacaq” deyərək, Suriya torpaqlarında təhlükəsizlik zonasının yaradılmasının bu ölkənin ərazi bütövlüyü və sabitliyi üçün məqsədəuyğun olmadığını əlavə edib. İranın xarici siyasət idarəsinin rəsmisi Suriya probleminin yeganə həlli yolunun siyasi vasitələrdən ibarət olduğunu vurğulayıb.

Qeyd edək ki, son günlər Suriya sərhədlərində təhlükəsizlik zonasının yaradılması məsələsi gündəmdədir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm