Ukraynalılar Saakaşvilini belə təhqir etdilər - VİDEO
Bizi izləyin

Dünya

Ukraynalılar Saakaşvilini belə təhqir etdilər - VİDEO

“Odessa – porto-franko üçün” ictimai hərəkatın fəalları Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini təhqiramiz formada təsvir ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərəkatın fəalları Saakaşvili ilə ABŞ prezidenti Barak Obamanın abidəsini yaradıblar.

Abidədə Saakaşvili boynunda xalta təsvir edilib. Xaltanı isə ABŞ prezidenti tutub. Obamanın qarşısında əyilən Saakaşvili həm də qalstukunu çeynəyir.

“Saakaşvili qəzəbli tipdir, həm də xaltası amerikalıların əlindədir. Bizim abidəmiz bütün bunları simvollaşdırır. Əminik ki, nəhayət onu istefaya göndərmək üsulunu tapacağıq”, - hərəkatın lideri Aleksey Svetkov qeyd edib.

Svetkovun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları abidəni söküblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm