• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezidentliyə namizəd: “Putin yalnız o vaxt dayanacaq ki...”

  • Dünya
  • 16 Avqust 2015 02:49
  • 705 Baxış
Prezidentliyə namizəd: “Putin yalnız o vaxt dayanacaq ki...”

“Vladimir Putin qarşısında güc görməyənə kimi dayanmayacaq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd, “Hewlett Packard” şirkətinin sabiq başçısı Karli Fiorina “Fox” telekanalına müsahibəsində deyib.

O, bildirib ki, prezident seçkilərində qələbə qazanacağı halda Polşada paketdən müdafiə sisteminin yaradılması haqqında proqramı reallaşdırmağa və Baltikyanı ölkələrdə hərbi təlimləri keçirməyə hazırdır. Prezidentliyə namizəd bildirib ki, ABŞ Aralıq dənizində altıncı donanmanı dərhal bərpa etməyə məcburdur. Onun fikrincə, Moskva ilə ünsiyyət saxlamaq yalnız güc nümayişi ilə mümkündür.

Fiorina qeyd edək ki, Rusiya-Amerika münasibətləri pisləşəcəyi halda, Vladimir Putinlə danışıqlara başlamazdı.

Qeyd edək ki, Fiorina respublikaçıların arasında prezident postuna yeganə qadın namizəddir. İctimai rəy sorğularına görə, o, favorit deyil. Respublikaçılardan milyarder Donald Tramp favoritdir.

Demokratlar Partiyasından isə ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton daha şanslı görünür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR