"Cərrah masasından qalxmamalı idi" - Ərdoğana şok sui-qəsd planları
Bizi izləyin

Dünya

"Cərrah masasından qalxmamalı idi" - Ərdoğana şok sui-qəsd planları

"Cərrah masasından qalxmamalı idi" - Ərdoğana şok sui-qəsd planları

Publika.Az türk mediasına istinadən xəbər verir ki, AKP-yə yaxınlığı ilə tanınan jurnalist Əbdürrəhman Dilipak, baş nazir Rəcəb Təyyib Ərdoğanın 20-dən çox sui-qəsddən xilas olduğunu söyləyib.

"Təyyib Ərdoğan zəhərləndi. Bir çəkic tapılıb avtomobilinin şüşəsi qırıldı və can verərkən son anda qurtarıldı. Həbsxanada da zəhərləmək istəmişdilər . Xəstəxanada cərrahi əməliyyata girəndə cərrah masasından çıxa bilməyəcəkdi və eyni anda da MİT Müşaviri nəzarətə alınacaqdı. İynə vura bilmədilər. Təyyibi çölə çıxardılar və o da MİT Müşaviri ilə görüşüb, 'Əsla təslim olma' dedi. 'Keçi can hayında, qəssab ət axtarır' deyərlər. Neçə oyunlar oynanır" .-deyə Dilipak bildirib.

Türk Hava Yollarının 110 ölkəyə uçuş həyata keçirdiyini söyləyən Dilipak, İstanbulda tikiləcək yeni hava lımanı ilə əlaqədar da danışıb.

"Zərərinə də olsa, uçuruq. Buralarda bizim bir əsr əvvəl birlikdə olduğumuz insanlar var. Xilafət üçün bura pullarını göndərən, zəkatlarını göndərən, ac qalanda bizdən çörək istəyən insanlar var orada. O ölkələrdəki insanlar Türkiyəyə gələcəklər, Türkiyədən isə bu ölkəyə gedəcəksiniz. 100 milyon insan gələcək İstanbula. İstanbuldan Məkkəyə sürətli qatarla gediləcək artıq. Bütün Qafqazlar, bütün Balkanlar İstanbula gəlib, bir həftə tətil etdikdən sonra buradan sürətli qatarla Dəməşqdə enərək, İordaniyada enərək Məkkəyə gedəcəklər. Bütün İslam ümmətinin gəlib keçdiyi bir məkan olacaq bura. 3-üncü körpü yalnız Türkiyə üçün deyil, Avropadan gəlib Asiyaya keçən gündəlik 2 milyon sərnişin daşıyacaq".

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm