Silahlı Ermənistan vətəndaşı sərhəddə saxlanıldı
Bizi izləyin

Dünya

Silahlı Ermənistan vətəndaşı sərhəddə saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları ölkəyə qaydalar xaricində odlu silah keçirtmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıblar.

Publika.az xəbər verir ki, 1947-ci il təvəllüdlü erməni A.Frunzik iki idarənin birgə əməliyyatı nəticəsində gömrük prosedurlarını keçən zaman saxlanılıb.

İstintaq müəyyən edib ki, müttəhim "Sadaxlo" gömrük buraxılış məntəqəsindən Gürcüstana "Valter" tapançası və 10 ədəd döyüş gülləsi keçirib. Hüquq mühafizəçiləri silahı müttəhimə məxsus avtomobilin salonundan götürüblər.

Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı istintaq gedir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm