Əsəd bazarı bombaladı: 67 ölü, 200 yaralı - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Əsəd bazarı bombaladı: 67 ölü, 200 yaralı - VİDEO/FOTO

Suriya ordusunun gücləri paytaxtı Dəməşqin müxalifətin nəzarətində olan bölgədəki bazarı bombalayıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində ən azı 50 nəfər həyatını itirib.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə hücumda 58 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb.

Türkiyənin “Anadolu” agentliyi isə aralarında qadın və uşaqların da olduğu 67 nəfərin həyatını itirdiyini xəbər verib. Yaralanan 200 nəfərdən çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm