• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-a təhdid mesajı: “Tüfənglərlə müqavimət göstərmək dövrü keçdi”

  • Dünya
  • 16 Avqust 2015 21:37
  • 525 Baxış
ABŞ-a təhdid mesajı: “Tüfənglərlə müqavimət göstərmək dövrü keçdi”

Şimali Koreya Vaşinqtonu təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Milli Müdafiə Komissiyasının nümayəndəsi Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimləri dayandırmayacağı halda ABŞ-a hücum edəcəyini açıqlayıb.

Şimali Koreya rəsmisi qeyd edib ki, ölkəsinin ordusu artıq Amerika əsgərlərinə tüfənglərlə müqavimət göstərmək məcburiyyətində qaldığı dövrdəki kimi gücsüz deyil. “Şimali Koreya dünyanın bilmədiyi müdafiə və hücum silahlarına sahib, yenilməz bir gücdür”, - o, deyib.

ABŞ və Cənubi Koreya avqustun 17-də birgə hərbi təlimlərə başlayacaq. İki ölkənin hərbi güclərinin iştirakı ilə birgə hərbi təlimlər mütəmadi olaraq keçirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR