Kamikadze hücumunda daxili işlər naziri öldü - FOTO
Bizi izləyin

Dünya

Kamikadze hücumunda daxili işlər naziri öldü - FOTO

Pakistanın Pəncab vilayətində kamikadze hücumu təşkil edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində aralarında vilayətin daxili işlər naziri Şuja Hanzadənin də olduğu çoxli sayda adam həyatını itirib.

Məlumata görə, nazir təmsil olunduğu partiyanın 25 tərəfdarı ilə ofis kimi istifadə olunan binada görüşüb. Bu vaxt üzərində bomba yerləşdirən adam özünü partladıb. Nəticədə binanın xeyli hissəsi dağılıb.

10 nəfərin cəsədinin dağıntıların altından çıxarıldığı bildirilir. Pəncab daxili işlər nazirinin cəsədinin isə hələ çıxarılmadığı deyilir. Dağıntıların altında hələ 20-dən çox adamın olduğu təxmin edilir.

Partlayışda yaralanan 4 nəfər isə xəstəxanaya çatdırılıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm