Səddam Hüseynin qardaşının cənazəsi oğurlandı
Bizi izləyin

Dünya

Səddam Hüseynin qardaşının cənazəsi oğurlandı

İraqın edam edilən lideri Səddam Hüseynin ögey qardaşı Vatban İbrahim Həsənin cənazəsi Bağdadda qaçırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqdakı Elbu Nasir tayfasının lideri Şeyx Həsən əl-Neda bildiib.

O, Həsənin cənazəsinin həyat yoldaşı ilə biirlikdə paytaxtın şimalında silahlı şəxslər tərəfindən qaçırıldığını iddia edib. Tayfa lideri Həsənin həyat yoldaşının təhlükəsizliyi ilə bağlı məsuliyyəti səlahiyyətli orqanların daşıdığını deyib.

Xatırladaq ki, Vatban İbrahim Həsən avqustun 14-də saxlanıldığı həbsxanada dünyasını dəyişib.


Qeyd edək ki, ölüm cəzası verilən Vatban İbrahim Səddamın dövründə daxili işlər naziri də daxil olmaqla, bir neçə yüksək vəzifədə çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm