Yoxa çıxan təyyarədən yeni xəbər var
Bizi izləyin

Dünya

Yoxa çıxan təyyarədən yeni xəbər var

İndoneziyada yoxa çıxan sərnişin təyyarəsinin qalıqları tapılıb. Göyərtəsində 54 adam olan ATR 42 təyyarəsinin qalıqları qərb istiqamətində yerləşən Papua bölgəsində aşkarlanıb.

Publika.az xəbər verir ki, Trigana Air hava yolları şirkətinə məxsus ATR 42 turbo-vintli təyyarə ilə əlaqə yerli vaxtla saat 15:00 radələrində kəsilmişdi.

Jayapura bölgəsinin mərkəzində yerləşən Sentani aeroportundan qalxdıqdan bir qədər sonra təyyarə radarlardan itmişdi. Trigana Air şirkətinin ATR 42 təyyarəsi bölgənin cənubunda yerləşən Oksibil şəhərinə yollanırdı.

Rəsmilərin məlumatına əsasən, təyyarə qalıqları Oksibil aeroprtundan uzaqda olmayan Bintang dağlıq ərazidə aşkar olunub. Indoneziya hava nəqliyyatı idarəsinin rəhbəri Suprasetyonun təbirincə, sakinlər təyyarənin Tangok dağına çırpıldığını bildiriblər.

Təyyarə qəzasından kimin isə sağ çıxıb-çıxmadığı hələlik məlum deyil.

Təyyarədə 5 nəfər uşaq və körpə də daxil 49 sərnişin və 5 nəfər ekipaj üzvü olub.

Ötən ilin dekabr ayında İndoneziyanın AirAsia təyyarəsi Java dənizi üzərində qəzaya uğramaşdı, nəticədə 192 adam həlak olmuşdu.

İyul ayında Sumatrada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb - nəticədə, yerdə olanlar da hesaba alınmaqla, 140 adam həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm