Malayziya təyyarəsinin axtarışları davam etdiriləcək
Bizi izləyin

Dünya

Malayziya təyyarəsinin axtarışları davam etdiriləcək

Malayziyanın nəqliyyat naziri Əbdül Əziz Kapravi Fransanın Reyunon adası sahillərində təyyarə qanadının bir hissəsi tapıldıqdan sonra ötən il martın 8-də itkin düşmüş təyyarənin axtarışlarını davam etdirmək üçün tədbirlər planı hazırlamağın gərəkliyini bildirib.

AZƏRTAC Rusiyanın RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Malayziya, Çin və Avstraliya nümayəndələri sentyabrda bir il əvvəl Hind okeanında itkin düşmüş Malayziya təyyarəsinin axtarışlarının davam etdirilməsini əlaqələndirmək üçün görüşəcəklər.

Hazırda mütəxəssislər tapılan flaperonun 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Kuala-Lumpurdan Pekinə uçan “Boeing 777” təyyarəsinə məxsus olub-olmadığını aydınlaşdırmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm