Türkiyə təklənir: ABŞ da “Patriot”larını aparır
Bizi izləyin

Dünya

Türkiyə təklənir: ABŞ da “Patriot”larını aparır

Almaniyadan sonra ABŞ da Türkiyədəki “Patriot” raketdən müdafiə sistemlərinin geri çəkilməsi barədə qərar qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Almaniyanın “Der Spiegel Online” nəşrinin dünən irəli sürdüyü iddianı təsdiqləyib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, ABŞ-ın Türkiyədəki “Patriot” sistemlərinin hazırkı vəzifə müddəti oktyabr ayında başa çatacaq. Məlumata görə, ABŞ sistemlərin vəzifə müddətinin uzadılmayacağı barədə Türkiyə tərəfini məlumatlandırıb və digər müttəfiqlərlə də bu barədə danışıb.

Bildirilir ki, ehtiyac olduğu təqdirdə ABŞ “Patriot” sistemləri və hərbi heyəti bir həftə ərzində Türkiyəyə geri gətirməyə hazırdır.

Qeyd edək ki, Almaniya da Suriyadan ola biləcək raket hücumuna qarşı 2012-ci ildə Türkiyəyə yerləşdirdiyi “Patriot” sistemlərini geri çəkir. Almaniya qərarını Suriyadan Türkiyəyə bir təhdidin olmaması ilə izah edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm