Iraq parlamenti Mosulun süqutuna görə keçmiş baş naziri günahlandırır
Bizi izləyin

Dünya

Iraq parlamenti Mosulun süqutuna görə keçmiş baş naziri günahlandırır

Iraq parlamenti Mosulun İŞİD silahlılarına təslim edilməsinə görə günahı keçmiş baş nazir Nuri əl-Məlikini günahlandırıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, parlament komissiyası keçmiş baş naziri buna görə mühakimə etməyə çağırıb.

Komissiyanın hesabatında keçmiş baş nazirlə yanaşı Mosulun itirilməsinə görə 30-dan çox rəsmiyə qarşı itthamlar irəli sürülüb.

İŞİD silahlıları Mosulu ötən il ələ keçiriblər.

Parlament komissiyası üzvlərinin rəyinə əsasən, özü şiə olan cənab Məliki şiə-sünni ədavətinin kəskinləşməsinə və nəticədə sünnilərin əksəriyyət təşkil etdiyi ərazilərin İŞİD qrupunun nəzarətinə keçməsinə görə məsuliyyət daşımalıdır.

Bundan əvvəl, hazırkı baş nazir Haider əl-Abadi Mosul şəhərində mövgeləri qoyub qaçan hərbi zabitlərin məhkəməyə veriləcəyini qərara almışdı.

İraqın hazırkı höküməti ölkədə korrupsiya və pozuntulara qarşı geniş kampaniyaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm