Prezident 70 kisə kartof yığdı - FOTO
Bizi izləyin

Dünya

Prezident 70 kisə kartof yığdı - FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko “Drojdı” iqamətgahında oğlu Nikolayla birlikdə gününün bir hissəsini məhsul yığımına sərf edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

“18 sot ərazidə məhsul yığımı saat yarım müddətində başa çatdı. Məhsuldarlıq da yüksək oldu – 70 kisə”, -xəbərdə deyilir.

Qeyd edilir ki, yığılmış bütün məhsul uşaqlar və qocalar evlərinə çatdırılacaq. Lukaşenko həmçinin oğlu ilə birlikdə iqamətgahın ərazisində qarsız və yemiş sahəsində təmizlik aparıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm