Türkiyənin İnterpola verdiyi azərbaycanlı Rusiyada tutuldu
Bizi izləyin

Dünya

Türkiyənin İnterpola verdiyi azərbaycanlı Rusiyada tutuldu

Türkiyə tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiya ərazisində saxlanılıb.

Publika.az “in-news.ru” saytına istinadən xəbər verir ki, saxlanılan şəxs Türkiyəyə ekstradisiya olunub.

Saxlanılan şəxsin adı açıqlanmayıb. O, Türkiyə ərazisində qətl törətməkdə təqsirli bilinir. Azərbaycanlı Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Koqalm şəhərində saxlanılıb.

Türkiyə məhkəməsi onun barəsində qiyabi hökm çıxarmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm