PKK-ya “yerli” zərbə: 800 ölü, yanan pullar və narkotik
Bizi izləyin

Dünya

PKK-ya “yerli” zərbə: 800 ölü, yanan pullar və narkotik

Türkiyə ilk dəfə tamamilə yerli kəşfiyyat məlumatları, yerli raket və vasitələrlə təşkil etdiyi əməliyyatlarda PKK-ya ağır zərbə vurub.

Publika.az Türkiyənin “Star” nəşrinə istinadən xəbər verir ki, yalnız Kandil bölgəsində təşkil edilən hava əməliyyatlarında 390 terrorçu öldürülüb, 400-ü yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın silah və sursat anbarları, sığınacaqlar, anbar və mağaraların olduğu 190 hədəfi lazerlə idarə olunan raketlərlə tamamilə yox edib. Hava hücumlarında öldürülən terrorçuların sayı 800-ə çatıb.

Türkiyə ordusu əməliyyatlarda yerli silahlar, raketlər və vasitələrdən istifadə edib. Xüsusilə, yerli pilotsuz uçuş aparatları Şimali İraqdakı PKK düşərgələrinin məhv edilməsində xüsusi rol oynayıb. Yerli istehsal olan və 2,1 metr qalınlığındakı beton sığınacaqları yox edə bilən NEB raketlərindən ilk dəfə PKK-ya aid sığınacaqların və silah-sursat anbarlarının məhv edilməsi üçün istifadə edilib.

PKK-ya maddi olaraq da böyük zərbə vurulub. Kandil bölgəsindəki Zengele düşərgəsində təşkil edilən əməliyyatda terror təşkilatının narkotik maddələr və pul saxlanılan anbarları yanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm