DTK-nı satan keçmiş agent Moskvaya qayıtdı
Bizi izləyin

Dünya

DTK-nı satan keçmiş agent Moskvaya qayıtdı

Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş agenti 6 il kilsə həyatından sonra Kanadanı tərk edərək Torontodan Moskvaya uçub.

Publika.az “The National Post” nəşrinə istinadən xəbər verir ki, Mixail Lennikov 2009-cu ildən gizləndiyi kilsəni avqustun 16-da tərk edib.

Onu Torontoda mühacirət hakimiyyətinin əməkdaşları gizlədirdilər. Lennikovun vəkili Xadyat Nazami qeyd edib ki, bu deportasiya deyil, DTK-nin sabiq əməkdaşının könüllü addımıdır.

Vəkil müştərinin mübarizədən imtina səbəbləri barədə danışmaqdan imtina edib. Onun sözlərinə görə, Kanada hakimiyyəti ilə danışıqlar uzun müddət idi ki, davam edirdi. Nazami həmçinin təsdiqləyib ki, hakimiyyət nümayəndələri kilsənin ərazisinə daxil olmurdular. Vəkil qeyd edib ki, müştərinin maraqlarını müdafiə etməkdə davam edəcək.

Məlumata görə, 55 yaşlı Lennikov 1995-ci ildə Rusiyadan Yaponiyaya, 1997-ci ildə isə tələbə vizası ilə Kanadaya gedib və magistraturaya daxil olub. Lennikovun sözlərinə görə, o, 1980-ci illərdə DTK ilə əməkdaşlığını heç vaxt gizlətməyib və bu barədə Kanada xüsusi xidmət orqanlarına da məlumat verib.

“The National Post” qeyd edir ki, Lennikov Rusiyada təqib oluna bilər. Çünki DTK-nın sabiq əməkdaşı xüsusi xidmət orqanlarında çalışan bəzi şəxslərin adlarını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm