Xamenei narahatdı: “Allahın köməyi ilə bu baş verməyəcək”
Bizi izləyin

Dünya

Xamenei narahatdı: “Allahın köməyi ilə bu baş verməyəcək”

“Qərblə əldə olunan nüvə razılaşması İranı ABŞ-ın təsiri altına salmayacaq”.

Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Əli Xamenei Tehranda Dünya Əhli-beyt Birliyinin üzvlərinə müraciətində deyib.

Dini lider ABŞ-a ölkəsi üzərində siyasi, iqtisadi və mədəni baxımdan nüfuz etməsinə əsla icazə verməyəcəklərini söyləyib. Xamenei Vaşinqtonun Suriya və İraqı parçalamağa çalışdığını, lakin Allahın köməyi ilə bunun baş verməyəcəyini qeyd edib.

Əli Xamenei İsraillə mübarizə aparan hər kəsə dəstək verməyə davam edəcəklərini də vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm