Peskovun saat kolleksiyası Putini Kremli təmizləməyə vadar etdi
Bizi izləyin

Dünya

Peskovun saat kolleksiyası Putini Kremli təmizləməyə vadar etdi

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilər ərəfəsində prezident administrasiyasındakı iş yerlərinin sayını azaltmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Kremldəki mənbələr bildirib.

Putinin həyata keçirəcəyi islahat dövlət büdcəsindən prezident administrasiyası üçün ayrılan vəsaitə 10 faiz qənaət etməyə imkan verəcək. Agentlik qeyd edir ki, Rusiya prezidentinin reytinqinin 90 faiz olmasına baxmayaraq, toyda bahalı saat hədiyyə alan Putinin mətbuat katibi Dmitri Peskova qarşı cəmiyyətdə dərin hiddət yaranıb və bu hadisə Rusiyada böyük rezonansa səbəb olub.

“Bu narazılıq həmçinin yüksəkvəzifəli məmurların həyat tərzinə olan narazılığın göstəricisi idi”, - agentlik yazıb.

Xatırladaq ki, avqustun 1-də keçirilən toyunda Peskovun qolundakı bahalı saat diqqətdən qaçmayıb. Putinin mətbuat xidmətinin rəhbəri satin fiqurlu konkisürmə üzrə olimpiya çempionu olan həyat yoldaşı Tatyana Navka tərəfindən hədiyyə olunduğunu bildirsə də, tənqidlərdən qaça bilmədi. Əksinə, müxalifət onun olduqca bahalı saat kolleksiyası barədə informasiyaları mediaya sızdırıb koleksiyadakı saatların qiymətini aldığı maaşı ilə müqayisə etdi. Fərq isə olduqca böyük idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm