Azərbaycana daxil olan pul baratları azaldı
Bizi izləyin

Dünya

Azərbaycana daxil olan pul baratları azaldı

İqtisadi tərəfdaş ölkələrdə yaranan vəziyyət Azərbaycana daxil olan pul baratlarının azalmasına səbəb olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, 6 ayda ölkəyə daxil olan pul baratları 511 mln. ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 288 milyon dollar və ya 36% azdır.

Ölkəmizə, 2013-cü ilin 1-ci yarısında 693 milyon dollar, 2014-cü ilin 1-ci yarısında isə 799 milyon dollar pul baratları daxil olmuşdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm