• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bu bölgə dövlətin nəzarətindən çıxdı: HDP bələdiyyələri PKK-nın bazasına çevirdi

  • Dünya
  • 17 Avqust 2015 22:58
  • 1 992 Baxış
Bu bölgə dövlətin nəzarətindən çıxdı: HDP bələdiyyələri PKK-nın bazasına çevirdi

Türkiyənin şərqində Xalqların Demokratik Partiyasının (HDP) siyasi davamı olan Demokratik Bölgələr Partiyasının (DBP) idarə etdiyi bələdiyyələr PKK terror təşkilatının qərargahına çevrilib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ölkənin cənubi-şərq vilayətlərində 102 bələdiyyəyə sahib olan DBP bəzi mahalların girişlərinə xəndək qazaraq PKK-nın muxtariyyət elan etməsinə məntiqi dəstəyi təmin edir.

Nəşrin yazdığına görə, DBP bələdiyyələri infrastrukturunun qurulması və yenilənməsi üçün xərcləməli olduğu pulu terrorçulara ödəyir. Terror aktlarında istifadə olunacaq partlayıcı maddələr və silahlar bələdiyyə binalarında hazırlanır və bu binalardan sığınacaq kimi istifadə edilir. 1990-cı illərdəki “azad edilmiş sahə” strategiyasını yenidən həyata keçirməyə çalışan PKK “muxtariyyət”ə aid etdiyi yaşayış məntəqələrinin girişlərinə xəndəklər qazır və təhlükəsizlik güclərinin daxil olmasına mane olmağa çalışır. Təhlükəsizlik gücləri xəndəklərdə yüzlərlə kiloqram partlayıcı maddə yerləşdirildiyini müəyyənləşdirib.

Araşdırmalara görə, xəndəklərə yerləşdirilən partlayıcılar da bələdiyyəyə aid nəqliyyat vasitələri ilə daşınıb. Xəndəklərin böyük hissəsi də bələdiyyələrə aid texnika ilə qazılıb. Terror təşkilatının yol kəsmə, xərac toplama, sui-qəsd kimi terror fəaliyyətlərinə qatılan terrorçuların da bələdiyyə idarələrində çalışdığı deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR