NASA Havay adalarında Marsdakı həyatı təqlid edəcək
Bizi izləyin

Dünya

NASA Havay adalarında Marsdakı həyatı təqlid edəcək

Amerika Milli Kosmik Agentliyinin (NASA) alimləri Mars planetində həyatın təqlidi üzrə növbəti sınağı həyata keçirməyə hazırlaşırlar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sınaqların hədəfi 2030-cu ildə “Qırmızı planet”ə səfəri yüngülləşdirməkdir.

Sınaqlar zamanı 6 könüllü 365 gün ərzində Havay adalarında sönmüş Mauna-Loa vulkanının yaxınlığında tam təcrid olunmuş şəkildə yaşayacaqlar. Könüllülərdən üçü qadındır. Montana ştatında ekologiya problemləri ilə məşğul olan amerikalı Karmela Conson ekipajın komandiridir. Qrupda onlardan əlavə ABŞ və Avropadan olan gənc alimlər - fizik, mühəndis, bioloq, həkim və memar təmsil olunacaq. Onların könüllü həbsi 28 avqustda başlanacaq.

NASA yalnız insan resurslarının hazırlığı üzrə məşğul olmur. Mütəxəssislər insanları Marsa çatdıracaq mühərriki yoxlamağa başlayıblar. Mühərrikin at gücü 12 milyondur. “RS-25” mühərriki Missisipi ştatında Stennis Kosmik Mərkəzində sınaqdan keçirilib.

NASA 2030-cu ildə Marsa insan uçuşunu reallaşdırmağı planlaşdırır.

Əlavə edək ki, Rusiyada da Marsa yola düşməyə hazırlaşırlar. Federal Kosmik Agentliyinin (Roskosmos) sədrinin müavini Vitali Davudov bildirdi ki, 20 il sonra Marsa uçmaq mümkün olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm