Partlayışdan 14 min dollar qazandı, amma...
Bizi izləyin

Dünya

Partlayışdan 14 min dollar qazandı, amma...

Çində yaşayan qız Tyantzin liman şəhərində anbarın partlaması nəticəsində həlak olan insanların ölümündən öz xeyri üçün istifadə edib. Belə ki, adı açqılanmayan qız bədbəxt hadisə nəticəsində atasının öldüyünü iddia edərək 14 min dollar toplayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, əvvəlcə sosial şəbəkədə atasının itkin düşdüyünü sonra isə onun ölümü haqda məlumat paylaşıb. İnternet istifadəçiləri qızın yalanından şübhələnmədikləri üçün ona yardım etmək naminə pul toplayıb. Lakin bununla belə, bir neçə internet istifadəçisi qızın yalanından şübhələnməyə başlayıb. Nəticədə, qızın hesabı dondurulduğu üçün o, pulları əldə edə bilməyib.

Yalanın üstü açqıldıqdan sonra qız saxlanılıb. Qeyd edək ki, liman şəhərində anbarda kimyəvi maddələrin partlaması nəticəsində 112 insan həlak olub, yüzlərlə insan isə xəstəxanaya yerləşdirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm