Afrikada yeni qəbilə tapıldı - FOTOLAR
Bizi izləyin

Dünya

Afrikada yeni qəbilə tapıldı - FOTOLAR

Afrikanın mərkəzi ərazilərindəki cəngəlliklərdə daha bir qəbilə aşkar edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən vəhşi qəbilələrinin üzvləri hesab edilən bu insanların yaşadığı məkan bir müddət əvvəl təxmin edilsə də, həmin məskənə səyahət yenicə baş tutub.

İbtidai icma quruluşunda yaşayan insanlar bura səyahət edənləri gördükdə çaşıblar. Onlar çağırılmamış qonaqlara təəccüblü baxışlarla qarşılayıblar.

Burada insanlar tamamilə çılpaq gəzirlər. Onlar hələ balta tanımır, ağac zoğları, bitkilərlə qidalanır, özlərinə qamışlardan komalar tikirlər. Qəbilə üzvlərinin qəribə adətləri var: - onlar öz çənələrini deşərək, ona çubuq yapışdırırlar. Burada hamı bir yerdə, ibtidai icma halında yaşayır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm