Ankarada iki hökumət ehtimalı: AKP kabinetdən kənarda qala bilər
Bizi izləyin

Dünya

Ankarada iki hökumət ehtimalı: AKP kabinetdən kənarda qala bilər

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında bu gün keçirilən görüşdə koalisiya haqqında razılıq əldə olunmadığına görə, erkən seçkilərin keçiriləcəyi dəqiqləşdi.

Publika.az Türkiyə mediasına istinadən xəbər ki, hazırda cavabı axtarılan əsas sual ölkəni erkən seçkilərə hansı hökumətin aparacağıdır.

Hazırda kağız üzərində iki ehtimalın olduğu bildirilir. Bu ehtimallar aşağıdakılardır:

Prezidentin quracağı seçki hökuməti

Türkiyə Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq, seçkilərdən sonra prezidentinin hökuməti qurma vəzifəsini verdiyi 45 gün müddətində hökumət qurulmasa, prezident erkən seçkilərin keçirilməsi barədə qərar verə bilər. Bu qərar verilsə, seçki hökuməti qurulur. Seçki hökumətində isə bütün partiyalar parlamentdə sahib olduğu mandat sayına görə təmsil olunur.

MHP belə bir hökumətdə təmsil olunmayacağını əvvəlcədən açıqlayıb. Bu halda prezidentinin quracağı seçki hökumətində AKP, CHP və HDP-nin nümayəndələri iştirak edə bilər.

CHP-nin quracağı müddətli seçki hökuməti

-7 iyun parlament seçkilərində birinci yeri tutan AKP-nin sədri Əhməd Davudoğlu iyulun 9-da prezident Rəcəb Tayyib Ərdoğandan hökuməti qurma vəzifəsini rəsmi olaraq aldı. Ancaq Davudoğlu digər partiyalarla hökumət qurmaq üçün razılaşmanı təmin edə bilmədi. Davudoğlunun hökumət qurma vəzifəsini prezidentə geri qaytaracağı halda, prezident bu vəzifəni seçkilərdə 2-ci yeri tutan CHP-nin lideri Kamal Kılıçdaroğluna verməsi gözlənilir.

Seçkilərdən dərhal sonra Ərdoğanla görüşən CHP-nin Antalya millət vəkili Dəniz Baykal dövlət başçısının hökuməti qurma vəzifəsini Kılıçdaroğluna verə biləcəyini söyləmişdi. Lakin Baykalın bu açıqlaması prezident tərəfindən təkzib edilmişdi.

Prezident hökuməti qurma vəzifəsini Kılıçdaroğluna verəcəyi halda CHP-nin ilk olaraq MHP-nin qapısına gedəcəyi gözlənilir.

CHP-dəki mənbələrin verdiyi məlumatlara görə, Kılıçdaroğlu hökuməti qurma vəzifəsini alacağı halda ölkəni seçkiyə aparacaq azlıq hökuməti üçün MHP və HDP-dən kənardan dəstək verməsini istəyəcək. Əgər Kılıcdaroğlu azlıq hökuməti qura bilərsə, hökumətdə yalnız CHP-li nazirlər təmsil olunacaq, HDP, AKP vəMHP-nin hər hansı üzvü kabinetdə yer almayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm