III Dünya Müharibəsində yeni silah: Britaniya ABŞ-la ittifaq yaratdı
Bizi izləyin

Dünya

III Dünya Müharibəsində yeni silah: Britaniya ABŞ-la ittifaq yaratdı

Böyük Britaniyanın Silahlı Qüvvələrin birləşmiş komandanlığı hökumətə kibermüharibə xərclərinin 10 dəfə artırılmasını təklif edib.

Publika.az The Sunday Times” nəşrinə istinadən xəbər verir ki, hökumət təklifi qəbul edərsə, Rusiya və Çindən gələn təhlükəyə qarşı durmaq üçün növbəti beş il ərzində hər il 625 milyon dollar xərclənəcək.

Proqramın beş illik büdcəsi isə 3 milyard dollar təşkil edəcək. Planlaşdırılır ki, əgər büdcə artırılarsa, müdafiə idarəsi kibertəhlükəsizlik üzrə təxminən 300 mütəxəssisi işə götürəcək. Onlar yalnız kiberhücumların dəf edilməsi ilə deyil, həm də şəxsi kibermüharibənin aparılması üçün virusların hazırlanması ilə məşğul olacaq.

Qeyd edək ki, kibermüharibəyə hazırlıq - dövlətin məlumat şəbəkələrinin təhlükəsizliyinin təmin olunması, həmçinin rəqibin məlumat şəbəkələrinin işinin pozulması bütün dünyada gedir. 2015-ci ilin aprelində bildirilib ki, Rusiya Müdafiə Nazirliyi Krım ərazisində qoşunun informasiya əməliyyatları bölməsini formalaşdıracaq.

ABŞ-da analoji struktur “Kibernetika komandanlığı” (USCYBERCOM) adlanır. Qurum kibertəhlükəsizlik sahəsində mərkəzləşdirilmiş bütün əməliyyatları idarə etmək üçün ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının tərkibində 2009-cu ildə yaradılıb.

Bu günlərdə prezident administrasiyasından bildirilib ki, ABŞ Rusiya və Çinə qarşı cavab kiberhücumları hazırlayır.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Nazirliyi iyulun 4-də bir milyondan çox indiki və keçmiş federal qulluqçunun şəxsi məlumatlarının oğurlandığı barədə məlumat yaydı. Sonradan məlum oldu ki, hücumun miqyası olduqca böyükdür. Söhbət ABŞ-ın 21 milyondan çox dövlət qulluqçusunun şəxsi məlumatlarından gedir. Bu isə ABŞ əhalisinin təxminən 7 faizini təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm