"Güc tətbiqi Krım tatarları ilə razılaşdırılacaq" - Ukrayna rəsmisi
Bizi izləyin

Dünya

"Güc tətbiqi Krım tatarları ilə razılaşdırılacaq" - Ukrayna rəsmisi

"Güc tətbiqi Krım tatarları ilə razılaşdırılacaq" - Ukrayna rəsmisi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsi Krımda güc tətbiqi barədə qərarı Krım tatarları ilə birlikdə qəbul edəcək.

Publika.Az –ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi deyib.

“Krımda güc tətbiqi haqqında qərar kollektiv orqan kimi Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən qəbul ediləcək. Biz rəsmi iclaslardan başqa, hər axşam operativ qərarların qəbulu üçün yığışırıq. İclasların bəzilərinə Krım tatarlarının nümayəndələrini dəvət edirik. Qərarları Krım tatarlarının nümayəndələri ilə birgə qəbul edəcəyik”, - Parubi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm