Üsyançılar səfirliyi ələ keçirdi
Bizi izləyin

Dünya

Üsyançılar səfirliyi ələ keçirdi

Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirliyi, ölkənin Yəməndəki səfirliyinin husi üsyançıları tərəfindən ələ keçirildiyini təsdiq edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, BƏƏ-nin Yəməndəki səfiri “Ansar Allah” (husilər) hərəkatının üzvləri tərəfindən ələ keçirilib.

“Yəmənin paytaxtı Sana şəhərində səfirliyin husilər qrupu tərəfindən ələ keçirilməsini pisləyirik”, - Xarici işlər naziriliyinin yaydığı bəyanatda deyilir.

Səfirliyin ələ keçirilməsi ilə bağlı ətraflı məlumatlar verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm