700 polis və əsgərin iştirakı ilə əməliyyat başladı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

700 polis və əsgərin iştirakı ilə əməliyyat başladı – SON DƏQİQƏ

Türkiyənin Diyarbəkr vilayətinin Silvan mahalında 700 polis və əsgərin iştirakı ilə PKK-ya qarşı əməliyyat başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK-nın silahlıları əməliyyata atəşlə cavab veriblər.

Qarşıdurmada bir terrorçunun öldüyü, birinin isə yaralandığı bildirilir. Agentliyin məlumatına görə, mahalın Təkəl, Məscid və Səlahəddin məhəllələrində keçirilən əməliyyatın məqsədi qazılan xəndəklərin doldurulması, barrikadaların ləğv edilməsi, bəzi küçələrdə yerləşdirildiyi iddia edilən partlayıcı qurğuların təmizlənməsi və yollarda sərbəst hərəkətin təmin edilməsidir.

Qeyd edək ki, Diyarbəkr vilayətinin valiliyi Silvan mahalında bu gün gücə saat 01.00-dən etibarən küçəyə çıxma qadağası tətbiq edib. Qadağa ikinci bir qərara kimi qüvvədə qalacaq. Silvanın da aralarında olduğu 4 mahalda 15 gün müddətində fövqəladə vəziyyət tətbiq edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm