Koalisiya danışıqları iflasa uğradı: Baş nazir missiyasından imtina edir
Bizi izləyin

Dünya

Koalisiya danışıqları iflasa uğradı: Baş nazir missiyasından imtina edir

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Publika.az-ın məlumatına görə, axşam saatlarında baş tutacaq görüş zamanı Ə.Davudoğlunun koalisiya hökuməti qurmaq barədə ona verilən bu vəzifədən imtina edəcəyi gözlənilir.

Bu gün günorta saatlarında isə baş nazir Əhməd Davudoğlunun başçılığı altında AKP-nin İdarə heyəti də toplanacaq. Toplantı zamanı koalisiya hökumətinin qurulması məsələsi qiymətləndiriləcək, CHP və MHP ilə aparılan danışıqların nəticəsiz olmasına görə yeni “yol xəritəsi” hazırlanacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm