PKK toy karvanının qarşısını kəsib... - FOTOLAR
Bizi izləyin

Dünya

PKK toy karvanının qarşısını kəsib... - FOTOLAR

Türkiyənin Tunceli vilayətində yolu kəsən PKK silahlıları toy karvanını dayandırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK silahlıları toy karvanının qarşısını kəsib. Toyda iştirak edən 50-yə yaxın vətəndaş avtomobillərdən endirilib. Onlara terror təşkilatının təbliğatı aparılıb.

Gəlin və bəy də onların arasında olub. Bəzi vətəndaşlar isə baş verənləri mobil telefonla çəkə biliblər.

Təbliğatdan sonra vətəndaşları sərbəst buraxan PKK silahlıları meşə ərazisinə qaçıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm