Ermənistanda iş adamı intihar etdi
Bizi izləyin

Dünya

Ermənistanda iş adamı intihar etdi

Ermənistanın “Eyfel” mağazalar şəbəkəsinin sahibi Gevork Mkrtçyan külli miqdarda borcu olduğuna görə intihar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Gevork Mkrtçyanın həm Ermənistanda, həm də xaricdə çoxlu borcu olub.

Məşhur sahibkar evində qanunla saxlanılan silahla həyatına son qoyub. İntihar baş verən günü ailəsində heç bir mübahisə yaşanmayıb. Bağda atəş səsinə çıxan ev adamları Mkrtçyanın meyidini aşkar ediblər.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Mərhum ölümqabağı məktub yazaraq heç kimi günahlandırmamağı tövsiyə edib. Sahibkarın 3 övladı olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm