Suriyalı miqrantlar Yunanıstan sahillərində batırıldı – DƏHŞƏT
Bizi izləyin

Dünya

Suriyalı miqrantlar Yunanıstan sahillərində batırıldı – DƏHŞƏT

Qanunsuz yolla Yunanıstanın Kos adasına keçmək istəyən 29 suriyalı miqrantı daşıyan qayıq Egey dənizində batıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qayığın batması nəticəsində 5 miqrant boğularaq ölüb. İlkin ehtimallara görə, miqrantları daşıyan qayıq batırılıb. Hazırda araşdırma aparılır.

Türkiyənin Sahil Xilasetmə Qüvvələri sözügedən miqrantların xilasedilməsi işinə cəlb olunub. Bodrum Dəniz Qurtarma Dərnəyinin də dəstək verdiyi xilasetmə əməliyyatı zamanı aralarında uşaqların da olduğu 21 miqrant xilas edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm