Dövlətin gizli sənədləri alman kəşfiyyatına ötürüldü
Bizi izləyin

Dünya

Dövlətin gizli sənədləri alman kəşfiyyatına ötürüldü

Türkiyədən qaçaraq hazırda Almaniyaya sığınan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara ilə bağlı şok iddia irəli sürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülən camaatı ilə bağlı olduğu bildirilən prokurorlar dövlətə aid gizli sənədləri də özləri ilə aparıblar.

Bu barədə Türkiyə kəşfiyyat orqanı mənbələri məlumat verib. İddiaya görə, prokurorlar ölkələrinə qaytarılmayacağları təqdirdə Türkiyəyə qarşı istifadə edilə biləcək sənədləri Almaniyanın kəşfiyyat orqanlarına verə bilərlər.

Xatırladaq ki, prokurorlar barəsində həbs qərarı çıxmamışdan bir neçə saat əvvəl – avqustun 11-də ölkədən qaçaraq Gürcüstan-Ermənistan-Almaniya marşrutu üzrə hərəkət ediblər. Bəzi iddialara görə, prokurorlar Almaniyaya getməmişdən əvvəl Ukraynada da olublar. Türkiyə Ədliyyə Nazirliyi onların ölkəyə qaytarılması üçün hüquqi prosedurlara başlayıb və “qırmızı bülleten”in çıxarılmasına hazırlıq gedir.

Artıq fərari prokurorların Almaniyada hansı ünvanda yaşadığı da müəyyənləşdirilib. Onların Frankfurt şəhərindən 25 kilometr məsafədə yerləşən bir oteldə qaldığı deyilir. Otelin Gülən camaatına məxsus olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm