Ruslar Suriyanı tərk edir
Bizi izləyin

Dünya

Ruslar Suriyanı tərk edir

Rusiya Suriyadan 59 nəfər vətəndaşı təxliyə edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən 59 nəfər arasında Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Suriya vətəndaşlarıdır.

Rusiyanın Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, nazirliyə aid olan “İL-76” tipli təyyarə ilə Suriyanın Lazkiye şəhərinə 20 tonluq humanitar yardım da göndərilib. Sözügedən təyyarə geri dönərkən, Suriyanı tərk etmək istəyən 59 nəfər vətəndaşı da Moskvaya çatdırıb.

Xatırladaq ki, son aylar ərzində Rusiya Suriyaya 8 dəfə təyyarə göndərərək, 1100 nəfər Rusiya, Ukrayna və Avropa vətəndaşlarını təxliyə edib. Rusiya sonuncu dəfə Suriyadan mayın 28-də 80 nəfəri çıxarıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm