“Evlərin altı silah-sursatla doludur, böyük hücuma hazırlaşırlar” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Evlərin altı silah-sursatla doludur, böyük hücuma hazırlaşırlar” – ŞOK İDDİA

Dörd dəfə sui-qəsdə məruz qalan Ceylanpınar bələdiyyə başçısı Menderes Atilla PKK terror təşkilatı ilə bağlı qorxuducu iddialar səsləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Atilla PKK-nın böyük bir hücuma hazırlaşdığını, evlərin zirzəmilərinin silahla dolu olduğunu bildirib.

“PKK terror təşkilatı həll müddətindən faydalanaraq şəhərlərdəki gücünü artırıb. Şəhər terrorçuları evlərinə silah-sursat toplayıblar. Böyük bir hücumda istifadə edilməsi üçün nəzərdə tutulub. HDP-li bələdiyyələr PKK-ya hər cür yardım edir, hətta dağda ölən terrorçuların ailə üzlərini işə götürərək onlara pul köçürür”, - bələdiyyə başçısı deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm