Putin üçün son şans: 40 gün qaldı
Bizi izləyin

Dünya

Putin üçün son şans: 40 gün qaldı

“Donbasda Rusiya üçün imkanlar pəncərəsi 28 sentyabrda bağlanacaq və buna görə də Moskva vəziyyəti dəyişmək üçün münaqişə tərəflərini masa ətrafına toplamağa çalışacaq”.

Publika.az xəbər verir ki, bu sözləri ukraynalı siyasi müşahidəçi Oleq Dyaçok “Facebook”dakı səhifəsində yazıb.

“Hesab edirəm ki, vəziyyətin gərginləşdirilməsi üçün Putinin əlindəki bütün imkanlar sentyabrın 28-də tükənəcək: “Həmin vaxt Konstitusiyaya dəyişiklikləri birinci oxunuşda qəbul ediləcək və bundan sonra Putinin heç bir arqumenti qalmayacaq...

Mənim proqnozum budur ki, Kiyevə genişmiqyaslı hücum olmayacaq. Rusiyada bunun üçün resurs yoxdur. Neftin qiymət aşağı düşür, rublun dəyəri azalır, iqtisadiyyat uçurumun kənarındadır”, - Dyaçok əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm