İŞİD qəfil hücum etdi: 5 ölü
Bizi izləyin

Dünya

İŞİD qəfil hücum etdi: 5 ölü

İŞİD terror təşkilatı Hələb şəhərinin şimalında türkmənlərdən ibarət olan Sultan Murad düşərgəsinə qəfil hücum edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hücum zamanı 5 türkmən əsgəri həlak olub, 6 nəfər isə yaralanıb.

Bundan əlavə, İŞİD terrorçuları bu gün səhər saatlarında Hummoş və Vahşiye bölgəsinə yaxın əraziləri minalayıblar. Minalanmış ərazidən keçən 2 avtomobil partlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm