Hindistan birinci xanımını itirdi - FOTO
Bizi izləyin

Dünya

Hindistan birinci xanımını itirdi - FOTO

Hindistanın birinci xanımı bu gün səhər saatlarında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin birinci xanımı Suvra Mukxercinin səhər saat 10:51-də vəfat etməsi prezident katibliyindən təsdiqlənib.

Verilən məlumatda o da bildirilir ki, Suvra Mukxerci bir müddət xəstə olub. Cümə günü o, nəfəsində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilərək intensiv terapiya palatasında saxlanılıb. Qeyd edək ki, Mukxerci həmçinin ürək xəstəliyindən əziyyət çəkirdi.

Suvra Mukxerci 1940-cı ildə dünyaya gəlib. O, 1957-ci ildə Hindistanın hazırki prezidenti Pranab Mukxerciyə ərə gedib. 2012-ci ildən etibarən isə Hindistanın birinci xanımı olub. O, uzun illər teatr tamaşalarında çıxış edərək sevimli şairi Rabidranat Taqordan şeirlər deyib. Mukxerci həmçinin rəssamlıqla da məşğul olurdu. Onun şəxsi sərgisində bir neçə əl işi qorunub saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm