"Kafirə təcavüz etmək...": İŞİD haqqında ŞOK İDDİA
Bizi izləyin

Dünya

"Kafirə təcavüz etmək...": İŞİD haqqında ŞOK İDDİA

İŞİD terror təşkilatı əsir götürdükləri yezidi qadınlara təcavüz etmələrinə şəriət qanunları ilə hüquqi don geydirirlər.

Publika.az xəbər verir ki, bu barədə əsirlikdən xilas olmuş yezidi qadınlar açıqlama veriblər. ABŞ-ın “New York Times” qəzetinə danışan yezidi qadınlar İŞİD üzvlərinin əsir saxladığı qadınlara təcavüz etməzdən əvvəl və sonra dua etdiklərini bildiriblər.

Onların sözlərinə görə, İŞİD üzvləri “kafir” hesab etdikləri yezidi qadınlara təcavüzü və onların kölə bazarlarında alınıb-satılmasını şəriət qanunları ilə məqbul hesab edirlər.

11 aylıq əsirlikdən sonra ailəsinə qovuşa bilən 12 yaşındakı qız uşağı bildirib ki, İŞİD üzvlərinə görə, “şəriətin hökmü” ilə bir kafirə təcavüz etmək insanı Allaha yaxınlaşdırır.

Yezidi cəmiyyətinin liderlərinə görə, ötən il İŞİD tərəfindən 5 min 270 yezidi qaçırılıb. Onların böyük hissəsi isə qadın olub. Məlumata görə, hazırda ən azı 3 min 144 yezidi hələ də İŞİD-in əlindədir. Yezidi qadınlardan seks köləsi kimi istifadə edilməsi cinsi həyatı azad şəkildə yaşamayan cəmiyyətlərdən gələn gənc kişilərin gözündə İŞİD-i daha da cəlbedici edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm