Dünya
Rusiyadakı böhran Səudiyyəni də vurdu: həccə gedənlərin sayı azaldı
Rusiya iqtisadiyyatındakı böhran və rublun dəyərinin aşağı düşməsi bu ölkədən həcc ziyarətinə gedən müsəlmanların sayının azalmasına səbəb olub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müftilər Şurasının sədr müavini Ruşan Abbyasov bildirib.
Onun sözlərinə görə, Həcc ziyarətinin qiyməti təxminən 3,5 min dollar təşkil edir, ancaq Krım sakinlərinə güzəşt edilir. Yarımada sakinləri təxminən 30 faiz daha az ödəmək imkanına malikdirlər.
Abbyasov həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı Rusiya müsəlmanları üçün kvotanı 16,4 min müəyyənləşdirib. O, regionlar arasında kvotaların yenidən bölünməsini istisna etməyib. Müftilər Şurasının sədr müavini əlavə edib ki, maddi çətinliklərlə yanaşı, Səudiyyə Ərəbistanına getmək üçün bu ildən başlayaraq biometrik xarici pasportların tələb edilməsi problem yaradır. O, bu səbəbdən bəzi regionlarda kvotanın azaldıldığını söyləyib.
Ömər Dağlı
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO