Moskva və Tehran arasında yeni S-300 müqaviləsi
Bizi izləyin

Dünya

Moskva və Tehran arasında yeni S-300 müqaviləsi

İran və Rusiya yaxın günlərdə S-300 zenit-raket komplekslərinin Tehrana çatdırılması ilə bağlı yeni müqavilə bağlayacaq.

Publika.az İranın İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Hüseyn Dehkan bildirib.

İran Müdafiə Nazirliyinin başçısı xatırladıb ki, yeni razılaşmada son illər ərzində baş verən bütün texnologiya dəyişiklikləri nəzərə alınacaq. General inandırıb ki, Rusiya ilə sazişin imzalanması üçün heç bir maneə yoxdur. O, komplekslərin çatdırılmasının sazişin imzalanmasından sonra tezliklə başlanacağını qeyd edib.

Xatırladaq ki, S-300 komplekslərinin çatdırılması haqqında Rusiya və İran arasında müqavilə 2007-ci ildə imzalanıb. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurası İrana raketlər və raket sistemləri də daxil olmaqla, silah satışını qadağan edən qətnaməni qəbul edib. Həmin ilin sentyabrında prezident Dmitri Medvedev S-300-lərin İrana çatdırılmasını qadağan edən fərmanı imzalayıb.

Amma Ukrayna böhranına görə Qərblə qarşıdurma fonunda Moskva Asiya və Yaxın Şərq ölkələri ilə münasibətləri qaydaya salmağa tələsdi. 20 yanvar 2015-ci ildə Moskva İranla hərbi əməkdaşlıq haqqında hökumətlərarası razılaşmanı bağladı. 13 aprel tarixində Rusiya prezidenti Vladimir Putin S-300-lərin İrana çatdırılmasına icazə verən fərman imzaladı.

Zenit-raket komplekslərinin bu ilin sonuna kimi İrana çatdırıması nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm