İngilis nəşri: “Türkiyə Suriyaya silah göndərir”
Bizi izləyin

Dünya

İngilis nəşri: “Türkiyə Suriyaya silah göndərir”

Türkiyə Suriya rejimi və İŞİD terror qruplaşmasına qarşı döyüşən “Şam Cəbhə”sinə silah-sursat göndərməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu nəşrlərindən olan “The Times” yazıb.

“Şam Cəbhəsi”nin komandirləri də “The Times”in bu iddiasını təsdiqləyiblər. Dərc edilən fətvada bildirilir ki, İŞİD-ə qarşı ABŞ və Türkiyə ilə əməkdaşlığın edilməsi qanunidir.

İngilis nəşri “Şam Cəbhəsi”nin Hələbin daxilində və şəhərin şimalında İŞİD ilə rejim güclərinə qarşı döyüşdüyünü qeyd edib. “Brookings İnstitutu”nun analitiki Karles Listerin də fikirlərinə də yer verən “The Times” “Şam Cəbhəsi”nə silah dəstəyinin düzgün addım olduğunu bildirib.

Xəbərdə “Şam Cəbhəsi”ndə təmsil olunan qrupların Türkiyəyə yaxın olduğu ifadə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm