• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ölümü haqqında film pakistanlı terrorçunu məyus etdi

  • Dünya
  • 19 Avqust 2015 09:37
  • 453 Baxış
Ölümü haqqında film pakistanlı terrorçunu məyus etdi

Pakistan döyüşçülərinin lideri Hafiz Məhəmməd Səid onun ölümündən bəhs edən Bollivud filminin çəkilişindən məyus olub.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri bildirib.

“Kabus” adlanan filmdə yeddi il əvvəl Mumbayda törədilmiş terror aktından söhbət gedir. Terror aktında 166 nəfər dünyasını dəyişib. Filmdə terror aktında şübhəli hesab olunan Hafiz öldürülür. Pakistan döyüşçüsünün vəkili bildirib ki, filmin geniş ekranlara çıxması onun müştərisinin təhlükəsizliyini təhdid edə bilər.

“Məni təəccübləndirir ki, axtarışda olan terrorçu bəyanat verib. O, anlayışı olmadığı filmə qarşı çıxır”, - filmin rejissoru Kabir Kxan deyib.

Mumbayda terror aktları seriyası 26 noyabr 2008-ci ildə olub. On terrorçu əsasən əcnəbilərin olduğu bir neçə mehmanxanaya hücum edib. Terrorçuların məhv edilməsi üzrə əməliyyat yalnız 29 noyabrda səhər saatlarında başa çatıb. Sağ ələ keçirilən pakistanlı terrorçu Adjmal Əmir Kasab 2010-cu ilin mayında ölüm cəzasına məhkum edilib.

Hindistan hakimiyyəti terror aktlarının arxasında Pakistanda fəaliyyət göstərən “Laşkar-i-Tayba” qruplaşmasının dayandığını bildirib. Qruplaşmanınm banisi başına ABŞ tərəfindən 10 milyon dollar qoyulan Hafiz Məhəmməd Səiddir. Qeyd edilir ki, döyüşçü Pakistanda gizlənmədən yaşayır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR