• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yeni “S-300” sazişi ABŞ-ı narahat edir

  • Dünya
  • 19 Avqust 2015 11:37
  • 367 Baxış
Yeni “S-300” sazişi ABŞ-ı narahat edir

ABŞ Dövlət Departamenti S-300 zenit-raket sistemlərinin İrana çatdırılması barədə sazişdən narahatdır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton sazişin Amerika sanksiyalarının altına düşüb-düşmədiyini yoxlayacaq. Kirbi qeyd edib ki, Birləşmiş Ştatların sazişə mənfi münasibəti məlumdur. O, dövlət katibi Con Kerrinin də bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu məlumatlandırdığını vurğulayıb.

Avqustun 18-də İran Müdafiə Nazirliyindəki mənbə bildirib ki, S-300-lərin çatdırılması haqqında yeni razılaşmanın imzalanmasından dərhal sonra Tehran Moskvaya qarşı irəli sürdüyü 4 milyard dollarlıq iddiasını geri çağıracaq. Sazişin 26, yaxud da 27 avqustda Moskvada imzalanması nəzərdə tutulub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR