Urmiya gölünün xilas yolu tapıldı: Göyçə gölü - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Urmiya gölünün xilas yolu tapıldı: Göyçə gölü - FOTO/VİDEO

İranmətbuatı qurumaqda olan Urmiya gölünün xilas yolu ilə bağlı yeni maraqlı fikir irəli sürüb və bu, Ermənistanda dərin narahatlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, İran mətbuatı iddia edib ki, Göyçə (Sevan) gölünün suyu İranda quruyan Urmiya gölünün doldurulmasına yönəldiləcək.

Bu məsələ Ermənistanda gündəm yaratmaqla yanaşı, böyük rezonans doğurub. Yerli KİV-lər yazır ki, bu ictimaiyyətin ciddi narazılığına səbəb olub və əgər Göyçə mahalındakı eyni adlı göldən su İrana axıdılacaqsa, bu zaman ölkənin ekologiya nazirinin istefaya göndərilməsi ilə nəticələnəcək.


Urmiya gölü

Ermənistanın ekologiya naziri Aramais Qriqoryan məsələnin ciddiliyini nəzərə alıb və mətbuatda dərc olunan məlumatla bağlı açıqlama verib.

Nazir deyib ki, Sevan (Göyçə) gölünün təmiz suyunun İrana axıdılması fikri tamamilə cəfəngiyatdır. Belə bir ideya, plan yoxdur və ola da bilməz.

Onun sözlərinə görə, İran KİV-ləri səhv informasiya yayıb və ermənidilli mətbuat orqanları bunu şişirdiblər. Nazir İranla belə razılaşmanı istisna edib.

Jurnalistlər isə "əgər bu məsələ birdən aydınlaşarsa, doğru olarsa, yəni gizli razılaşma üzə çıxarsa, o istefaya verəcəkmi" sualına cavab verməyib.


Aramais Qriqoryan - Ermənistanın ekologiya naziri

Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. İranın ən böyük gölü sayılır. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın nəvəsi Hülakü xanın qəbri var. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.

Urmiya gölünün iqtisadi dəyərləri də böyükdür. Bu hövzə, Cәnubi Azərbaycanın torpaqlarının beşdə birini yәni 20%-ini, və münbit torpaqları olan,ən yaxşı və dəyərli əkin bölgələrindən sayılır. Gölün 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu təxmin olunur. İndilikdə Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin әn mühüm materialının ixracı ilə məşğuldur. Bu zavod gölün sakinlәri üçün mühüm tәhlükә mәnbәyidir, әtraf mühiti zәhәrlәyir vә gölü çirklәndirir.


Göyçə gölünün xəritəsi

Göyçə gölü isə XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biridir. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası).

Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.


Göyçə gölünün indiki mənzərəsi

Bir sözlə, Urmiya gölü ətrafında baş verən ekoloji fəlakət nəticəsində 600 min əhali bölgədən köçüb, orada qalıb yaşayanlar arasında yoxsulluq artıb. Bu barədə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin ötən il yaydığı yeni hesabatda məlumat verilib. Onun bu hesabatı İnsan Hüquqları Şurasının BMT Baş Assambleyasının 69-cu sessiyasına təqdim etdiyi qətnaməyə müvafiq olaraq yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm