Putin Qara dənizin dibində - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Putin Qara dənizin dibində - VİDEO/FOTO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin batiskafla Qara dənizin dibinə enib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı Krım sahillərində suyun dibinə enməklə 11-ci əsrdə batmış gəmiyə baxıb və tapılan tarixi əşyalar haqqında fikirlərini söyləyib.

Vladimir Putinlə yanaşı Rusiya coğrafi cəmiyyətinin (RCC) bir neçə nümayəndələri də batiskafla dənizin dibinə enib. Baş nazir Dimitri Medvedyev dövlət başçısını müşayiət etsə də, onu batiskafa götürməyiblər.

Putinin sözlərinə əsasən, suyun dibindəki tapıntılar qədim Rus dövlətinin formalaşması və onun qonşuları ilə münasibətlərinin öyrənilməsi üçün vacibdir.

Bundan sonra Putin Krımın ilhaqı haqqında fikirlərini də bildirib. O deyib: “Mən bu haqda heç bir şərh bildirmək istəməzdim, çünki Krımın gələcəyini bu ərazidə yaşayan insanlar müəyyən ediblər. Onların Krımın Rusiyaya birləşməsinə səs veriblər. Vəssalam. Nöqtə”.

Ukrayna prezidenti Poroşenko isə bəyan edib ki, Putinin Krıma səfəri qanunsuzdur və Kiyevlə razılaşdırılmalıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm