• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ərdoğanı təhdid edən İŞİD “əmir”i danışdı: “Bağdadi bu işlərə qarışmır”

  • Dünya
  • 19 Avqust 2015 12:24
  • 1 433 Baxış
Ərdoğanı təhdid edən İŞİD “əmir”i danışdı: “Bağdadi bu işlərə qarışmır”

Türkiyəni və prezidenti Rəcəb Tayyib Ərdoğanı ilk dəfə birbaşa təhdid edən İŞİD terror qruplaşmasının türkiyəli üzvü danışıb.

Publika.az xəbər verir ki, bursalı sahibkar Əbu Ammar kod adlı İŞİD “əmir”i Türkiyənin təhdid olunduğu videonun çəkilməsi barədə qruplaşmanın lideri Əbubəkr Bağdadidən əmr almadığını deyib.

“İŞİD lideri Bağdadidən bu mövzuda əmr almadıq. Videonun çəkilməsi bizim öz fikrimiz idi. Daha böyük bir video hazırlanır. İnşallah, yaxın vaxtlarda hazır olar. Videonu hazırlayan qrupun adı “Hayat Media Türkce Masası”dır. Rakkada bölməsi var. Bağdadi bu cür işlərə qarışmır”, - İŞİD “əmir”i bildirib.

O, 2 minə yaxın Türkiyə vətəndaşının ailəsi ilə birlikdə Suriyaya gəldiyini söyləyib. İŞİD “əmir”i türklərdən ibarət hərbi birləşmələrin olduğunu qeyd edib.

Qeyd edək ki, İŞİD 7 dəqiqə 14 saniyəlik videoda Türkiyəni sərt şəkildə təhdid edib və konkret şəxslərin adları çəkilib. Terror qruplaşması Türkiyədəki insanları cihada və İstanbulu fəth etməyə çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR