İŞİD məşhur alimi edam etdi - FOTO
Bizi izləyin

Dünya

İŞİD məşhur alimi edam etdi - FOTO

İŞİD terror qrupunun üzvləri Suriyanın ən görkəmli alimi olan Xalid Əsədi edam edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Palmira şəhəri İŞİD döyüşçülərinin nəzarəti altına keçdikdən sonra alim əsir düşüb. Terrorçular 82 yaşlı alimin başını kəsərək Palmira şəhər meydanından asıb. Xalid Əsəd düz 50 il qədim Palmira şəhərinin xarabalıqlarını araşdırmaqla məşğul olub.

Yerli qüvvələrin sözlərinə əsasən, Xalid Əsəd elm aləmində Palmira tarixinə həsr edilmiş bir sıra elmi işlər görüb. O həmçinin amerikan və avropalı arxeoloqlarla yanaşı, qədim şəhəri tədqiq edirmiş.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm